18 
Okt
2019
05:18
18
117
4376
Virtual karabakh

“El Klasiko” Barselonadakı çaxnaşmalara görə təxirə salındı

18 Okt, 2019
05:18
4376

“El Klasiko” Barselonadakı çaxnaşmalara görə təxirə salındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya La Liqasında X turun “Barselona” – “Real Madrid” matçı təxirə salınıb.

“Cadena Ser” xəbər verir ki, Kataloniyanın paytaxtındakı etiraz və çaxnaşmalar səbəbindən oyun oktyabrın 26-dan dekabrın 18-nə keçirilib.

Bu barədə qərarı ötən axşam yarışların keçirilməsi üzrə komitə qəbul edib. Görüşün başlama saatı yaxın vaxtlarda müəyyənləşəcək.

Daha əvvəl klublar ev-qonaq oyunlarının yerdəyişməsi haqda razılığa gələ bilməyiblər.

Hazırda “Real" 18 xalla turnir cədvəlində 1-ci yeri tutur, “Barselona” isə 16 xalla 2-ci pillədədir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri