18 
Okt
2019
16:20
78
34
3556
Virtual karabakh

Azərbaycanlı məşqçi: Ronaldu məni keçsə, məyus olmayacağam

Fəxr edirəm ki, mənə məxsus olan dünya rekordu hələ də davam edir. Məncə, bununla bütün İran xalqı qürur duyur. Onlar karyeramda nail olduqlarıma görə sevinirlər. Faktiki olaraq rekord mənə yox, bütün xalqıma məxsusdur.

Bunu İran millisinin sabiq kapitanı Əli Dayi İtaliyanın “La Gazzetta dello Sport”a verdiyi açıqlamasında deyib.

Portuqaliyanın Ukraynaya 1:2 hesabı ilə uduzduğu görüşdə Kriştianu Ronaldu karyerasında 700-cü qolu vurdu. Ancaq milli komanda səviyyəsində ulduz futbolçunun qollarını sayı 95-dir. Bu göstərici ilə portuqaliyalı futbolçu II yerdə qərarlaşıb. İlk sırada isə Ərdəbildən olan milliyyətcə azərbaycanlı Əli Dayi gedir. O, İran millisində çıxış etdiyi 1993-2006-cı illər ərzində 149 matçda 109 qola imza atıb.

50 yaşlı mütəxəssis Ronaldunu çox bəyəndiyini bildirib:

“Ronaldu məni keçsə, məyus olmayacağam. Çünki rekordlar qırılmaq üçündür. Bu daha tez və ya daha gec baş verəcək. Xoşbəxtəm ki, belə böyük bir oyunçu məni keçəcək. Ondan və onun meydanda etdiklərindən çox xoşum gəlir. Ronaldu hələ də yüksək formasındadır. Hər zaman onu “Top-3” futbolçusu hesab edirəm. Ona yalnız ən yaxşı şeylər arzulaya bilərəm.

Lionel Messi Argentina yığması ilə uğursuzluğa düçar olduğu halda, Ronaldu öz ölkəsi ilə son vaxtlar uğur qazanmaqdadır. Bu səbəbdən düşünürəm ki, o mənim rekordumu qıracaq.

UEFA Çempionlar Liqasının qalibi olmaq, böyük ehtimalla, milli komandada qol rekordu qırmaqdan daha çətindir. Orda eyni ambisiyalı çoxlu böyük klublar var. Ancaq “Yuventus” Kriştianu ilə bunu etməyə çox şansı olan klublardan biridir”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri