19 
Okt
2019
01:11
32
132
2605
Virtual karabakh

Azad Rəhimovun Şirvanda vətəndaşlarla görüşü olub

19 Okt, 2019
01:11
2605

Azad Rəhimovun Şirvanda vətəndaşlarla görüşü olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Şirvan şəhərində Şirvan, Hacıqabul şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.  

Oxu.Az xəbər verir ki, qəbulda ümumilikdə 20-yə yaxın vətəndaş iştirak edib.

Vətəndaşlar “Gənclər ev”lərinin, Olimpiya İdman Komplekslərinin, bir sıra idman qurğularının tikintisi və təmiri, eləcə də idman arenalarına avadanlıqların verilməsi ilə bağlı müraciət ediblər.

Eyni zamanda, işlə təminat, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi də müraciətlər sırasında olub.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri