19 
Okt
2019
01:36
189
13
4696
Virtual karabakh

Millimizin üzvündən Almaniyada növbəti qol

19 Okt, 2019
01:36
4696

Millimizin üzvündən Almaniyada növbəti qol

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında X turun oyunları keçirilib.  

Oxu.Az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nəzərovun şərəfini qoruduğu “Ertsqebirqe” də növbəti matçına çıxıb. 

Aue təmsilçisi doğma meydanda “Nürnberq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:3. 

Nəzərov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu sonadək oynayıb.  

Komandasının ilk qolunu da millimizin futbolçusu vurub. O, 62-ci dəqiqədə penaltidən fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını beşə çatdırıb. 

Qeyd edək ki, 10 turdan sonra 18 xala malik “Ertsqebirqe” 18 kollektiv arasında IV pillədə qərarlaşıb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri