20 
Okt
2019
18:59
56
161
3741
Virtual karabakh

Səudiyyə Ərəbistanının vəliəhdi “Mançester Yunayted”i ala bilər

20 Okt, 2019
18:59
3741

Səudiyyə Ərəbistanının vəliəhdi “Mançester Yunayted”i ala bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanının vəliəhdi Muhəmməd ibn Salman Əl Saud hələ də “Mançester Yunayted”i almaq fikrindədir. 

Məlumata görə, hazırda klubun sahibi olan amerikalı Qleyzerlər ailəsi iki dəfə vəliəhdin “Mançester Yunayted”i almaq təklifini qəbul etməyib. Sonuncu dəfə ibn Salman 3 milyard dollar təklif etmişdi. 

Qleyzerlər ailəsi fikrindən dönməsə də, klubun səhmdarlarından biri 13 faizlik payını Nyu-York fond birjasına çıxarmaq niyyətindədir. Səbəb isə klubun səhmlərinin aşağı düşməsidir. 

Ehtimal olunur ki, potensial alıcı klubun bütün səhm paketini almaq üçün 4 milyard funt ödəməlidir. 

İbn Salman isə ingilis klubunu əldə etməkdən ötəri üçüncü dəfə cəhd edəcək. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri