21 
Okt
2019
10:23
43
27
1255
Virtual karabakh

Triatlon yığmamızın üzvü Avropa Kubokunun qalibi olub şampan şərabı partlatdı - FOTO

21 Okt, 2019
10:23
1255

Triatlon yığmamızın üzvü Avropa Kubokunun qalibi olub şampan şərabı partlatdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov Portuqaliyanın Funşal şəhərində təşkil olunan sprint üzrə Avropa Kuboku yarışlarında qızıl medal qazanıb.

Oxu.Az xəbər verir ki, təmsilçimiz 58 idmançının mübarizə apardığı yarışı 52 dəqiqə nəticə ilə başa vurub. 

R.Pevtsov 750 metrlik su məsafəsini 8 dəqiqə 57 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik veloməsafəni 27 dəqiqə 9 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi – 5 kilometrlik qaçış zolağını Rostislav 14 dəqiqə 56 saniyə nəticə ilə tamamlayıb.

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 1 saat 02 dəqiqə 47 saniyəlik nəticə ilə X olub. Həm kişi, həm qadın mükafatçılar sonda şampan şərabı ilə qələbələrini bayram edib.

Qeyd edək ki, idmançılarımız “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat turnirlərində iştirak edir. Onlar dünya və Avropa çempionatları, Dünya və Avropa Kuboku yarışları da daxil olmaqla, çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri