21 
Okt
2019
12:03
352
20
8100
Virtual karabakh

MMA döyüşçüsü Bakıda medal qazanmış ermənini belə nokauta saldı - VİDEO

21 Okt, 2019
12:03
8100

MMA döyüşçüsü Bakıda medal qazanmış ermənini belə nokauta saldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanlı MMA döyüşçüsü Casulan Akimcan oktyabrın 20-də Soçidə keçirilən “Gorilla Fighting Championship 19” turnirində Rusiya və Ermənistan idmançısı Miqran Harutyunyanı məğlub edib.

Döyüşün tam videosunu “Fightspace” “Youtube” kanalı yayıb.

Akimcan üçraundlu döyüşün sonunda beşinci dönüşdən topuq zərbəsi vurub. Harutyunyan zərbə qarşısında diz çöküb və hakim döyüşün sonuna işarə edib.

2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının və 2016-cı il Rio Olimpiadasının yunan-Roma güləşi üzrə gümüş mükafatçısı olan Miqran Harutyunyan üçün ilk məğlubiyyət MMA-da olub. Onun aktivində üç qələbəsi var. Akimcan isə karyerasında dörd qələbə, bir məğlubiyyət yaşayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri