21 
Okt
2019
15:30
106
31
3341
Virtual karabakh

Rəşad Sadıqov slovakiyalı hakimi xatırladı: O, matçı bu qədər oynatmamalı idi

21 Okt, 2019
15:30
3341

Rəşad Sadıqov slovakiyalı hakimi xatırladı: O, matçı bu qədər oynatmamalı idi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş hakim oyuna dörd və ya beş dəqiqə əlavə etmişdi. Dörd dəqiqənin tamamına 20 saniyə qalmış Mahir (Emreli) başından zədələndi. Onun ayağa qalxması 1-2 dəqiqə çəkdi. Ona görə də hakim matçı daha çox oynatdı. Halbuki matçın başa çatmasına 20 saniyə qalmışdı. 

Bunu Oxu.Az-a “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

Oktyabrın 24-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – APOEL matçına UEFA slovakiyalı referi Filip Qlovanı təyin edib. Bu hakim isə ötən ilin martın 27-də keçirilmiş İrlandiya və Azərbaycanın 21 yaşadək millilərinin (U-21) matçında ədalət təmsilçisi olub. Onun idarə etdiyi matç 90+10-cu dəqiqəyədək uzanıb ki, nəticədə irlandlar 90+9-cu dəqiqədə qələbə qolunu vuraraq qalib gəliblər.

Həmin matçda U-21 millimizin baş məşqçisi olmuş Rəşad Sadıqov həmin anı belə xatırlayır:

“Topu biz onların qapıları istiqamətində uzaqlaşdırmışdıq, aut olmalı idi. Oyun davam etdiriləndə iki dəfə topu cərimə meydançamızın daxilinə qaldırdılar, ikisində də topu uzaqlaşdırdıq. Üçüncü dəfə cərimə zərbəsi oldu. Cərimə zərbəsindən də, hətta qayıdan topdan da qol vura bilmədilər. Hakim isə matçı bitirmədi. Sonda irlandlar istəklərinə çatdılar.

Onda hakimə heç bir etiraz etmədik. Amma təbii ki, hakimin bu qədər oynatmasını normal qəbul etmədik. 20 saniyə əvəzinə matçı bu qədər oynatmamalı idi, bitirə bilərdi”.

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” – APOEL görüşündə Filip Qlovanın köməkçiləri Frantişek Ferents, Yan Pozor və Peter Zimba olacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri