22 
Okt
2019
16:13
32
249
5302
Virtual karabakh

“Formula 1”in Bakı konsertlərinin açıq havada keçirilməsinə aydınlıq gətirildi

22 Okt, 2019
16:13
5302

“Formula 1”in Bakı konsertlərinin açıq havada keçirilməsinə aydınlıq gətirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula 1”lə bağlı Bakıda nəzərdə tutulmuş üç günlük əyləncə proqramlarının açıq havada keçirilməsinə aydınlıq gəlib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Oxu.Az-a açıqlamasında bu barədə danışıb:

“Bunun heç bir halda Bakı Kristal Zalında konsert qiymətlərinin baha olması ilə əlaqəsi yoxdur. Xatırlayırsınızsa, 2016 və 2017-ci ildə baş tutmuş konsertlər də açıq havada olmuşdu. Həmin Qran-Prilər yayda baş tutmuşdu deyə, açıq havada keçirmişdik.

Ancaq 2018 və 2019-cu illərdəki Qran-Prilər apreldə keçirildiyindən, qapalı məkanda – Bakı Kristal Zalda keçirməyə qərar verdik. Bu, hava şəraiti ilə bağlı idi. Amma bu mövsüm baş tutacaq Qran-Pri yenidən yayda olacaq deyə, açıq havada baş tutması nəzərdə tutulub. Məncə, əyləncə istəyənlər də açıq havada olan konsertlərdən daha çox həzz alır”.

Qeyd edək ki, bu mövsümkü Azərbaycan Qran-Prisi 5-7 iyun tarixlərində keçiriləcək. Konsert proqramları isə Dənizkənarı Milli Parkda baş tutacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri