23 
Okt
2019
08:28
123
19
4960
Virtual karabakh

Mbappe Çempionlar Liqasında Messinin rekordunu yenilədi

23 Okt, 2019
08:28
4960

Mbappe Çempionlar Liqasında Messinin rekordunu yenilədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe Çempionlar Liqasında 15 qola imza atmış ən gənc futbolçu olub.

Sport24” xəbər verir ki, o bu nəticəyə 20 yaş 306 günündə yiyələnib.

Daha əvvəl Çempionlar Liqasında bu nailiyyət 15 qol vurmuş Lionel Messiyə (21 yaş 28 gün) aid olub. 

UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda PSJ-nin Belçikanın "Brüqe" komandası ilə qarşılaşmasında əvəzləməylə meydana çıxan Mbappe matçda üç qolun müəllifi olub.

Hücumçunun ikinci qolu turnirdə onun 15-ci dəfə fərqlənməsi olub.

Qeyd edək ki, PSJ rəqibini 5:0 hesabı ilə darmadağın edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri