24 
Okt
2019
22:47
308
115
12519
Virtual karabakh

“Qarabağ” Bakıda yenə APOEL-i əldən buraxdı - YENİLƏNİB

24 Okt, 2019
22:47
12519

“Qarabağ” Bakıda yenə APOEL-i əldən buraxdı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda qarşılaşan “Qarabağ” - APOEL komandalarının görüşü 2:2 hesabı ilə bitib. 

Hazırda “Qarabağ” 4 xalla ikinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, bu axşam qrupun digər matçı da keçiriləcək. 

22:10

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun “Qarabağ” - APOEL oyununda hesab bərabərləşib. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 58-ci dəqiqəsində “Qarabağ” hesabı bərabərləşdirib.

Ağdamlıların heyətində Aylton fərqlənib.

21:45

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun “Qarabağ” - APOEL oyununda hesab dəyişib.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 45-ci dəqiqəsində APOEL Linus Haleniusun qolu ilə hesabda önə çıxıb - 1:2.

21:26

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun “Qarabağ” - APOEL oyununda hesab dəyişib

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 29-cu dəqiqəsində APOEL hesabı bərabərləşdirib.

Qonaqların heyətində kapitan Nikolas İoannu fərqlənib.

21:09

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun “Qarabağ” - APOEL oyununda hesab açılıb.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 13-cü dəqiqəsində "Qarabağ" hesabda önə çıxıb.

Ağdamlıların ispan oyunçusu Dani Kintana fərqlənib.

20:11

Futbol üzrə Azərbaycan çempionu  bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.

Bu gün Avropa Liqasının qrup mərhələsinin III turunda görüşəcək “Qarabağ”ın və Kiprin APOEL klubunun heyətləri açıqlanıb. 

Avropa Liqası
Qrup mərhələsi, III tur
A qrupu, 24 oktyabr
20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr)
Baş hakim: Filip Qlova (Slovakiya)

Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 99. Queye Maqaye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev. 
Baş məşqçi: Qurban Qurbanov.
APOEL:
 27. Vid Belets, 6. Savvas Gentoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorqos Merkis, 44. Nkolas İoannou (k), 90. Vujidan Saviç, 91. Draqan Mixayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. Giorge Efrem, 17. Antonio Yakolis, 23. Joajinyo, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri