26 
Okt
2019
22:00
193
20
4001
Virtual karabakh

Futzal millimiz DÇ-nin Əsas raundunu lider kimi tamamladı

26 Okt, 2019
22:00
4001

Futzal millimiz DÇ-nin Əsas raundunu lider kimi tamamladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futzal millimiz dünya çempionatının Əsas raundunun 3-cü qrupunda son görüşünü keçirib.  

Oxu.Az xəbər verir ki, Elit raunda vəsiqəni təmin etmiş millimiz qrup liderliyi üçün Slovakiya ilə qarşılaşıb. 

Görüş millimizin 2:0 hesablı qələbəsilə başa çatıb. Yığmamızın qollarını braziliyalı legionerlər - Bolinya və Vasura vurub.  

Bununla da Joze Alesionun baş məşqçisi olduğu millimiz qrupu doqquz xalla lider kimi tamamlayıb.  

Qeyd edək ki, yığmamız bundan əvvəl Moldovanı 3:1 və Monteneqronu 3:2 hesabı ilə məğlub edib. Qrupun bütün görüşləri Bakı İdman Sarayında keçirilib.  

Səbuhi Musayev 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri