28 
Okt
2019
21:33
148
67
4635
Virtual karabakh

Kişilər Xorvatiya ilə heç-heçə etdi, qadınlar İtaliyaya qalib gəldi - YENİLƏNİB

28 Okt, 2019
21:33
4635

Kişilər Xorvatiya ilə heç-heçə etdi, qadınlar İtaliyaya qalib gəldi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat milli komandaları üzrə Avropa çempionatında bu gün V tura start verilib. 

Oxu.Az xəbər verir ki, bu tura qədər altı xalla V sırada olan kişi millimiz bu gün turnirin reytinqinə görə XV komandası olan Xorvatiya ilə qarşılaşıb. 

Birinci lövhədə yarışan komandamızın lideri Şəhriyar Məmmədyarovun yoxluğunda onu Arkadi Naydiç əvəzləyib. Ehtiyat oyunçumuz Eltac Səfərli isə dördüncü lövhədə mübarizə aparıb. 

Millimizin bütün oyunçuları öz partiyalarını heç-heçə ilə başa vurub və görüş bərabərliklə yekunlaşıb - 2:2. 

Altı xalla VII sırada olan qadın millimiz isə bu gün turnirə gücünə görə XI komanda kimi qatılmış İtaliya ilə görüşüb. 

Xanımlardan ibarət yığmamız isə qələbəyə sevinib – 2.5 - 1.5. 

Qeyd edək ki, kişi millimiz əvvəlki turlarda Serbiya, Fransa və Çexiyaya qalib gəlib və Ukraynaya uduzub.  

Qadın yığmamız isə Latviya, Avstriya, Rumıniya komandalarını məğlub edib, yalnız İspaniyaya yenilib. 

Bu nəticələrdən sonra kişi yığmamız 7 xalla 6-cı sırada qərarlaşıbsa, qadın millimiz 8 xalla 2-3-cü yerləri bölüşdürür. 

 

10:47

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat milli komandaları üzrə Avropa çempionatında bu gün V tura start veriləcək.

Oxu.Az xəbər verir ki, altı xalla V sırada olan kişi millimiz bu gün turnirin reytinqinə görə XV komandası olan Xorvatiya ilə qarşılaşacaq.

Birinci lövhədə yarışan komandamızın lideri Şəhriyar Məmmədyarov ardıcıl dörd turdur ki, qələbə qazana bilmir və heç-heçələri sıralayır. Ona bu tur istirahət veriləcək. Belə ki, birinci lövhədə bu dəfə Arkadi Naydiç çıxış edəcək. Ehtiyat oyunçumuz Eltac Səfərli isə dördüncü lövhədə mübarizə aparacaq.

Altı xalla VII sırada olan qadın millimiz isə bu gün turnirə gücünə görə XI komanda kimi qatılmış İtaliya ilə görüşəcək.

Qeyd edək ki, kişi millimiz əvvəlki turlarda Serbiya, Fransa və Çexiyaya qalib gəlib və Ukraynaya uduzub. Qadın yığmamız isə Latviya, Avstriya, Rumıniya komandalarını məğlub edib, yalnız İspaniyaya yenilib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri