29 
Okt
2019
16:32
89
26
4114
Virtual karabakh

Azərbaycanda futbolçunun qətl törədən atasına hökm oxundu

29 Okt, 2019
16:32
4114

Azərbaycanda futbolçunun qətl törədən atasına hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Z.Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib. 

Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu arvadını namus üstündə öldürdüyünü bildirib. O, həyat yoldaşına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib.

Lakin silah əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. Yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub. 

Zahid Novruzova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Qeyd edək ki, mərhumun oğlu Nurlan Novruzov Azərbaycanda “Bakı”, “Sumqayıt”, “Zirə”, “Səbail”, Türkiyədə “Dərsim 62 Spor” və “Şanlıurfa Bələdiyəspor” klublarında oynayıb. O, iyulun 25-də Moldovanın “Dinamo-Avto” klubu ilə müqavilə imzalayıb. N.Novruzov 2014/15 mövsümündə “Bakı”nın heyətində 15 qol vuraraq Azərbaycan çempionatında bombardir olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri