Noy
2019
12:17
27
121
3184
Virtual karabakh

Neymar fransalı fanatı vursa da, məhkəmədən yayına bilib

5 Noy, 2019
12:17
3184

Neymar fransalı fanatı vursa da, məhkəmədən yayına bilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın PSJ klubunun və Braziliya yığmasının hücumçusu Neymar “Renn” komandasının azerkeşini vurduğuna görə məhkəmə prosesindən yayına bilib.

Oxu.Az xəbər verir ki, Braziliya ulduzuna qarşı cinayət işi açılmayıb.

O, yazılı xəbərdarlıqla canını qurtarıb. Belə ki, “Renn” azarkeşi ilə Neymar arasında münaqişə Fransa kubokunun final matçından sonra baş verib.

Neymar turnirin gümüş medalına doğru irəliləyərkən ona ünvanlanan təhqiramiz sözləri eşidib. Bunlar rəqib komandanın fanatı tərəfindən deyilib. Neymar əsəbiləşərək, onun çənəsindən vurub.

Zərərçəkən ərizə ilə məhkəməyə müraciət etsə də, “PSJ” hücumçusu cəza almayacaq. Prokurorluq hücumçuya elektron poçtla xəbərdarlıq məktubu göndərməklə kifayətlənib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri