Noy
2019
16:22
174
19
2830
Virtual karabakh

Azərbaycan Şahmat Olimpiadasının qalibi oldu

5 Noy, 2019
16:22
2830

Azərbaycan Şahmat Olimpiadasının qalibi oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

16 yaşadək şahmatçılardan ibarət Azərbaycan yığması Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi adını qazanıb. 

Oxu.Az xəbər verir ki, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayevadan ibarət milli komanda son turda qələbə sayəsində rəqibləri üçün əlçatmaz olub.

IX turda Çinlə üz-üzə gələn şahmatçılarımız yeddinci görüşlərindən də qalib ayrılıblar. Digər iki matçda da heç-heçə edən yığma 16 xalla Şahmat Olimpiadasının çempionu adına yiyələnib. 

Yarışda gümüş medallara Özbəkistan sahib olub. Asiyalılar millimizdən bir xal geri qalıb. Üçüncü yeri 14 xalla Belarus tutub.

Qeyd edək ki, 48 iştirakçının qatıldığı Olimpiadada Azərbaycan iki komanda ilə mabarizə aparıb. Digər təmsilçimiz Azərbaycan-Naxçıvan turnirdə doqquz oyundan üçündə qalib gəlib, ikisində heç-heçə edib və dördündə uduzub. Aktivində səkkiz xalı olan komanda yarışı 29-cu yerdə bitirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri