Noy
2019
23:37
46
31
4457
Virtual karabakh

Slovakiya millimizlə oyun üçün heyətini açıqladı

5 Noy, 2019
23:37
4457

Slovakiya millimizlə oyun üçün heyətini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2020-nin seçmə mərhələsində noyabrın 19-da, saat 23:45-də, Anton Malatinski adına stadionda Azərbaycan millisi ilə qarşılaşacaq Slovakiya yığmasının heyəti açıqlanıb. 

AFFA-nın rəsmi saytının məlumatına görə, rəqibimiz yığmamıza qarşı aşağıdakı oyunçuların xidmətindən istifadə edəcək. 

Qapıçılar: Martin Dubravka (“Nyukasl”, İngiltərə), Marek Rodak (“Fulhem”, İngiltərə), Dominik Qreyf (“Slovan”);

Müdafiəçilər: Peter Pekarik (“Herta”, Almaniya), Lyubomir Şatka (“Lex”, Polşa), Milan Şkrinyar (“İnter”, İtaliya), Denis Vavro (“Latsio”, İtaliya), Martin Valyent (“Malyorka”, İspaniya), Norbert Qyomber (“Peruca”, İtaliya), David Hantsko (“Sparta”, Çexiya);

Yarımmüdafiəçilər: Patrik Hroşovski (“Qenk”, Belçika), Stanislav Lobotka (“Selta”, İspaniya), Yan Qrequş (“Minesota Yunayted”, ABŞ), Yuray Kuçka (“Parma”, İtaliya), Matuş Bero (“Vitess”, Hollandiya), Marek Hamşik (“Dalyan Yifanq”, Çin), Ondrey Duda (“Herta”, Almaniya), Laslo Beneş (“Borusiya” M, Almaniya), Albert Ruşnak (“Real Solt Leyk”, ABŞ), Robert Mak (“Zenit”, Rusiya), Lukaş Haraslin (“Lexiya”, Polşa);

Hücumçular: Samuel Mraz (“Brondbü”, Danimarka), Mixal Curiş (“Anortosis”, Kipr), Robert Bojenik (“Jilina”).

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri