Noy
2019
12:42
128
29
3040
Virtual karabakh

Almaniyada “AZE Naxçıvan” klubu qeydiyyata alındı

6 Noy, 2019
12:42
3040

Almaniyada “AZE Naxçıvan” klubu qeydiyyata alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya Azərbaycanlıları Assambleyasının Köln şəhərində təsis etdiyi “AZE Naxçıvan” İdman Klubu (AZE Nakhchivan SK) Almaniya Məhkəmə orqanı tərəfindən rəsmi qeydiyyata alınıb.

Oxu.Az xəbər verir ki, Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev, əsas məqsədin peşəkar futbol klubu yaradaraq, Avropada Azərbaycanı layiqincə təmsil etmək olduğunu bildirib:

“Klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi blokadada olan, tarixi və coğrafi zənginlikləri ilə bilinən Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının Avropada tanıdılmasıdır.

Bu bölgənin zəngin tarixi, mədəniyyəti, turizmi, iqtisadi imkanlarını avropalıların diqqətinə çatdırmaq istəyirik. Eyni zamanda, peşəkar futbol klubu yaradaraq Avropada Azərbaycanı layiqincə təmsil etməkdir”.

Futbol mütəxəssisi Aydın Karaca “AZE Naxçıvan” futbol klubunun rəhbəri, Sərdar Dəmir icraçı direktoru, Nana İzhak (qanalı futbol mütəxəssisi) klub rəhbərinin müavini, Ərkan Çəlik isə maliyyə məsələlərindən məsul şəxs, o cümlədən, “Araz Naxçıvan” futbol klubunun baş direktoru Ceyhun Məmmədov Azərbaycan üzrə əlaqələndirici seçilib.

Klubun artıq bir yaşıl, dörd mini meydançası, futbolçuların asudə vaxtlarını keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-barı və dörd soyunma otağı fəaliyyət göstərir.

Qeyd edək ki, “AZE Naxçıvan” klubu 2017-ci il 12 sentyabr tarixində təsis edilib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri