Noy
2019
22:52
93
17
5014
Virtual karabakh

“Qalatasaray” və “Fənərbaxça” oyunçularının tarixi anı - FOTO

6 Noy, 2019
22:52
5014

“Qalatasaray” və “Fənərbaxça” oyunçularının tarixi anı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Kişi Voleybol Liqasında iki əzəli rəqib – Fənərbaxça və Qalatasaray arasındakı görüş öncəsi izlənən görüntülər əsl hadisəyə çevrilib.

Liqanın 4-cü həftəsində üz-üzə gələn komandaların hər birinin aktivində bu görüşə qədər 3 qələbə var idi. Derbi başlamamışdan öncə hər iki komandanın oyunçuları bir-birinə uğur arzulayıb. Türk idmanının iki nəhəngi arasındakı bu gözlənilməz, eyni zamanda xoş görüntü azarkeşlərin alqışına səbəb olub. Daha sonra hər iki komandanın oyunçuları birgə foto çəkdiriblər.

Bundan öncə 2017-ci ildə eyni klubların qadın valeybol komandaları birlikdə şəkil çəkdirmişdilər ki, bu foto “Şərəf diplomu” mükafatına layiq görülmüşdü.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri