Noy
2019
10:15
167
10
3629
Virtual karabakh

“Qarabağ” dördüncü dəfə APOEL-ə qarşı

7 Noy, 2019
10:15
3629

“Qarabağ” dördüncü dəfə APOEL-ə qarşı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, F qrupunda dünən bir oyun baş tutub.

“Arsenal” Portuqaliyanın Qimaraynş şəhərində “Vitoria”nın qonağı olub. 1:1 başa çatan görüşdə London klubu ilk dəfə xal itirib. Autsayder olan meydan sahibləri isə ilk dəfə xal qazanıb.

A, B, C, D, E və F qruplarındakı matçlar Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Saat 00:00-dan etibarən isə G, H, I, J, K və L qruplarının görüşlərinə start veriləcək. Yalnız sonuncu qrupdakı “Astana” – “Alkmaar” görüşü saat 19:50-də başlayacaq.

Təbii ki, bu gün bizi daha çox maraqlandıran A qrupudur. Çünki Azərbaycan çempionu “Qarabağ” Kiprin APOEL klubu ilə cari mövsüm dördüncü matçına çıxacaq. Tərəflərin Avroliqa çərçivəsində ilk matçı Bakıda 2:2 hesabı ilə başa çatıb.

Kiprdə baş tutacaq və avstriyalı referi Manuel Şütenqruberin idarə edəcəyi matçda “Qarabağ”ın heyətində xorvatiyalı mərkəz yarımmüdafiəçisi Filip Ozobiç və millimizin hücumçusu Mahir Emreli zədə səbəbindən oynamayacaq.

Yeri gəlmişkən, dünən Qurban Qurbanovun mətbuat konfransına heç bir jurnalist gəlmədiyindən, sözügedən tədbir baş tutmayıb (kiprli jurnalistlər maraq göstərməyib, klub azərbaycanlı media nümayəndələrini Kiprə aparmayıb – S.M.).

A qrupu

21:55 APOEL – “Qarabağ”
Nikosiya. “QSP Arena”

21:55 “Düdelanj” – “Sevilya”
Jozi Bartel adına stadion

1. Sevilya 9
2. Qarabağ 4
3. Düdelanj 3
4. APOEL 1

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri