Noy
2019
23:48
277
240
10670
Virtual karabakh

“Qarabağ” Kiprdə uduzub, qrup ikinciliyini əldən verdi - YENİLƏNİB + VİDEO

7 Noy, 2019
23:48
10670

“Qarabağ” Kiprdə uduzub, qrup ikinciliyini əldən verdi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasında “Qarabağ” Kipr səfərində qələbəni əldən verib.

Oxu.Az xəbər verir ki, “Qarabağ” ilk hissədən sonra hesabda 1:0 öndə olsa da, sonda 1:2 uduzub.

A qrupunun digər görüşündə “Sevilya” Lüksemburq səfərində “Düdelanj”ı 5:2 hesabı ilə məğlub edib. Bu nəticə ilə “Qarabağ” qrup ikinciliyini əldən verib. APOEL və “Qarabağ”ın dörd xalı olsa da, şəxsi göstəricilərə görə Kipr klubu öndədir.

Maksimum nəticə göstərən “Sevilya” isə 12 xalla pley-offa vəsiqəni təmin edib.

23:41

APOEL 88-ci dəqiqədə hesabda irəli çıxmağı bacarıb. “Qarabağ”ın qapısından ikinci qolu Nikolas Yoannu keçirib. 

23:12

APOEL - “Qarabağ” matçının 59-cu dəqiqəsində hesab bərabərləşib. Qolun müəllifi Lukas Souzadır. 

22:06

APOEL - “Qarabağ” matçında 10-cu dəqiqədə hesab açılıb. İlk qolun müəllifi “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevdir. 

21:56

Avropa Liqasının 4-cü turunda “Qarabağ” səfərdə APOEL-lə qarşılaşır. Matç başladı.

21:10

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda saat 21:55-də başlayacaq APOEL – “Qarabağ” oyunu üçün heyətlər açıqlanıb.

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:


APOEL: 27. Vid Belets, 6. Savvas Qentsoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 20. Andriya Pavloviç, 14. Uroş Matiç, 23. Joazinyo, 29. Praxitelis Vouros, 44. Nikolas İoannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç

Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. George Efrem, 11. Musa Əl-Tamari, 30. Giorgos Merkis, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef Souza

“Qarabağ”: 1. Asmir Beqoviç, 3. Ailton Silva, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov. 5. Maksim Medvedev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 8. Miçel, 10. Dani Kintana,  17. Abdullah Zubir, 7. Araz Abdullayev

Ehtiyat oyunçular: 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 21. Hacıağa Hacılı, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri