Noy
2019
15:05
55
24
1773
Virtual karabakh

Millimizin kapitanı: Rusları qrupun mütləq favoriti adlandırmaq düzgün olmaz

8 Noy, 2019
15:05
1773

Millimizin kapitanı: Rusları qrupun mütləq favoriti adlandırmaq düzgün olmaz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hamısı tanış rəqiblərdir. Rusiya, Xorvatiya və Slovakiya ilə müxtəlif illərdə qarşılaşmışıq. Xüsusilə də Slovakiya ilə cəmi 15 gün əvvəl rəqib olduğumuzu qeyd etməliyəm. Ümumi götürsək, qrupumuzu bir qədər əlverişli də adlandırmaq olar. Ciddi hazırlaşmalıyıq. Çünki burda zəif rəqib olmur. Komandamız ən azı iki yerdən birini tutmalıdır.

Oxu.Az xəbər verir ki, bunu futzal millimizin kapitanı Rizvan Fərzəliyev deyib.

Dünən DÇ-2020-nin Elit raund mərhələsinin püşkü atılıb. Gələn il yanvarın 27-dən fevralın 5-dək keçiriləcək qrup oyunlarında millimiz Rusiya, Xorvatiya və Slovakiya ilə üz-üzə gələcək. Bəs millinin kapitanı Rizvan Fərzəliyev püşklə bağlı nə düşünür?

“Rusiya millisi ilə sonuncu dəfə sentyabrda üz-üzə gəlmişik. Oyun üslublarına bələdik. Onları qrupun mütləq favoriti adlandırmaq düzgün olmazdı. Xorvatiya meydan sahibi olacaq, amma bu, bizi narahat etməməlidir”.

Rəqiblərimizi yaxından tanıdığımız qədər onlar da komandamız haqda məlumatlıdırlar. Bu amil əleyhimizə işləməyəcək? Kapitanın cavabı belə oldu: “Düzdür, bizimlə görüş onlar üçün də bir qədər rahat olacaq. Çünki rəqiblərimiz də bizi yaxından tanıyırlar, necə oynadığımızı bilirlər. Bu baxımdan razıyam, vəziyyət bərabərdir”.

Şanslar barədə də danışan Fərzəliyev Rusiya millisinə xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb:

“Hazırkı məqamda bütün komandaların şansı bərabərdir. Ancaq indiyə qədər əldə olunan nəticələrə diqqət yetirsək, Rusiya millisinin oturuşmuş heyətə malik olduğunu və sabit çıxış etdiyini qabartmalıyıq. Bu komanda Avropa və dünya çempionatlarının finalında oynamağa alışıb.

Xorvatiya ilə isə 2015-ci ildə qarşılaşmışdıq. Həmin vaxt yenə dünya çempionatının seçmə qrup oyunlarına onlar ev sahibliyi edirdilər. Heç-heçə etsək də, biz qrupun qalibi olduq və “pley-off”da Niderland millisi ilə qarşılaşdıq, Kolumbiyaya vizanı əldə etdik.

Təbii ki, bu oyun dörd il əvvəl olub. İndi Avropada zəif komanda yoxdur, hər bir milli inkişaf edir, güclənir. Ona görə də qrupdakı dörd komandanın hər birinin birinci yeri tutmaq şansı var. Birinci yeri tutsaq, əla olar. Ən pis halda “pley-off”larda oynamaqla bu vəsiqəni qazanmalıyıq”.

Qeyd edək ki, qrup oyunları yanvarın 27-dən fevralın 5-dək keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri