Noy
2019
20:55
80
35
4724
Virtual karabakh

“Qəbələ”dən darmadağın, “Keşlə”dən əzmkar qələbə - VİDEO

9 Noy, 2019
20:55
4724

“Qəbələ”dən darmadağın, “Keşlə”dən əzmkar qələbə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.  

Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. 

Tura Qəbələdə start verilib. Burada şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib. Əyalət təmsilçisi 3 cavabsız qolla qalib gəlib. 

Günün digər oyunu “Keşlə” ilə “Neftçi” arasında baş tutub. Qarşılaşmada hesabı “Neftçi” açıb. Amma qalan dəqiqələrdə iki qol vuran “Keşlə” meydanı əzmkar qələbə ilə tərk edib. 

Turun qalan iki oyunu bazar gününə təsadüf edəcək. “Sabah” “Sumqayıt”ı, “Qarabağ” “Zirə”ni qəbul edəcək. 

Azərbaycan Premyer Liqası 

XI tur 

9 noyabr 

“Qəbələ” – “Səbail” - 3:0 

Qollar: D. Volkov, 22, 45+2; Ü. İsgəndərli, 90+2 

“Keşlə” – “Neftçi" - 2:1 

Qollar: F.Flores, 63. S.M.Kolli, 82 - D.Gerye, 45+1 

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri