12 
Noy
2019
12:26
12
62
2281
Virtual karabakh

Slovakiyalı məşqçi: Azərbaycan futbolçuları göstərdi ki, favoritlərə başağrısı ola bilərlər

12 Noy, 2019
12:26
2281

Slovakiyalı məşqçi: Azərbaycan futbolçuları göstərdi ki, favoritlərə başağrısı ola bilərlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əgər biz Xorvatiya ilə oyunda yaxşı nəticə qazansaq, Azərbaycanla matç da əla keçəcək. Məncə, futbolçular səbirsizliklə Azərbaycanla oyunu gözləyəcək və növbəti matçda oynamaq istəyəcəklər. 

Bunu Sport.sk saytına müsahibəsində slovakiyalı məşqçi Martin Şevela deyib.

Hazırda Polşanın “Zaqvembye” klubunu çalışdıran 43 yaşlı çalışdırıcı düşünür ki, noyabrın 16-da Xorvatiya ilə görüşdə əldə olunan yaxşı nəticə bundan üç gün sonra keçiriləcək Azərbaycanla oyuna öz təsirini göstərəcək:

“Xorvatiya ilə oyunda yaxşı nəticə olacağı halda, vacibdir ki, təmkinli olaq. Azərbaycan qrupun autsayderi sayılmasına və Bakıda əla nəticəyə (5:1) nail olmağımıza baxmayaraq, onların futbolçuları göstərdi ki, favoritlərə başağrısı ola bilərlər. Biz ağılla oynamalıyıq.

Hesab edirəm ki, komandamız hər iki matçda qalib gələ bilər. Vacib detallar o olacaq ki, futbolçular həlledici anlarda şanslardan necə yararlanacaq. Hər iki matçda biz arxa xətdə diqqətli və irəlidə cəsarətli olmalıyıq”. 

Qeyd edək ki, millimizdən fərqli olaraq, Slovakiya millisi seçmə qrupda üçüncü yerdə olmaqla dörd oyunu Bakıda keçiriləcək AVRO-2020-yə çıxmaq şansını saxlayır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri