14 
Noy
2019
06:29
232
33
4304
Virtual karabakh

MMA döyüşçüsü insan oğurluğunda şübhəli bilinərək həbs edildi

14 Noy, 2019
06:29
4304

MMA döyüşçüsü insan oğurluğunda şübhəli bilinərək həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın Presnensk məhkəməsi rusiyalı MMA döyüşçüsü Dmitri Sosnovskini həbs edib.

TASS” xəbər verir ki, Sosnovski qrup şəklində insan oğurluğunda şübhəli bilinir.

Onunla bərabər daha bir MMA döyüşçüsü – Aleksnadr Qladkov da saxlanılıb. İdmançıların daxil olduğu kompaniya kişini oğurlayıb, döyüb və dostlarının 400 min rublluq (10,5 min manat) borcundan keçməyi tələb edib.

Sosnovskinin vəkili bildirib ki, döyüşçünün heç bir günahı yoxdur və o hadisə yerinə təsadüfən düşüb.

Qeyd edək ki, Sosnovski MMA-da keçirdiyi 11 görüşdən qalib ayrılıb. Onun UFC promouşenı ilə cari müqaviləsi mövcuddur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri