14 
Noy
2019
15:50
96
9
2567
Virtual karabakh

Azərbaycanlı “Vuqi” “Bellator”da debütünü braziliyalı “Şoumen”ə qarşı edəcək - FOTO

14 Noy, 2019
15:50
2567

Azərbaycanlı “Vuqi” “Bellator”da debütünü braziliyalı “Şoumen”ə qarşı edəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə MMA üzrə məşhur “Bellator 234” döyüş gecəsi təşkil olunacaq.

Oxu.Az-ın xəbərinə görə, bu gecədə iki azərbaycanlı döyüşçü iştirak edəcək.

Vüqar Kərəmov karyerasının 17-ci döyüşünə (bunlardan 13-də qalib gəlib, üçündə uduzub – S.M.) çıxacaq. Keçirdiyi son doqquz görüşdə qələbə qazanmış “Vuqi” ləqəbli idmançımızın 70 kq çəki dərəcəsindəki rəqibi alman əsilli braziliyalı Qustavo Vürlitser olacaq. Bu, idmançımızın “Bellator”da debüt görüşü olacaq.

Onun 36 yaşlı rəqibi isə çox təcrübəlidir. İndiyədək 45 peşəkar MMA görüşü keçirmiş “Şoumen” bunlardan 22-də qalib gəlib, 23-də uduzub. Vüqardan fərqli olaraq, onun “Bellator”da çıxış təcrübəsi var. O, bu ilin iyunun 14-də keçirilmiş turnirdə israilli Haim Gözəliyə uduzub.

Gecənin beşinci görüşündə Vüqar Kərəmov, 16-cı görüşündə Zəka Fətullazadə oktaqona çıxacaq. Ümumilikdə 21 görüş keçiriləcək.

Bu yarışda iştirak edəcək ikinci azərbaycanlı isə Ukraynanı təmsil edəcək. Zəka Fətullazadə də “Bellator”da debüt edəcək. Milliyyətcə ləzgi olan, Bakıda doğulmuş 22 yaşlı Zəka indiyədək 22 görüş keçirib, bunlardan 14-də qalib gəlib, səkkizində uduzub. Onun rəqibi “Kral” ləqəbli israilli Əviv Gözəli isə keçirdiyi üç döyüşün hamısında qalib gəlib.

Qeyd edək ki, gecənin əsas görüşü ağır çəkili döyüşçülər – rusiyalı Sergey Xaritonovla Linton Vasel arasında baş tutacaq.

Onu da bildirək ki, UFC-dən sonra ikinci nüfuzlu MMA turniri olan “Bellator”da debüt edən ilk azərbaycanlı Cəmil İbrahimov olub. O, ötən ilin noyabrında Təl Əvivdə baş tutan “Bellator 204” yarışında yerli idmançı Ceki Qoşu məğlub edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri