16 
Noy
2019
05:00
67
21
3078
Virtual karabakh

Hönes “Bayern”in prezidentliyindən getdi – 50 ilin yekunu

16 Noy, 2019
05:00
3078

Hönes “Bayern”in prezidentliyindən getdi – 50 ilin yekunu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Münxen “Bayern”in prezidenti Uli Hönes istefa verib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Hər kəsə bu klubda keçirdiyim 50 il ərzində göstərilən isti münasibətə və dəstəyə görə minnətdarlığımı bildirirəm. Bu olduqca gözəl dövr idi. Biz uğurla futbol oynadıq, yaxşı iqtisadi bünövrə yaratdıq və fanatların arzuladığı kimi öz stadionumuzu tikdik. Vəssalam”, - deyə Hönes bildirib.

Klubun yeni prezidenti “Adidas” konserninin top meneceri Herbert Hayner seçilib.

Xatırladaq ki, əsl adı Ulrix olan Hönes 17 yaşında “Bayern”in oyunçusu olub. O, Münxen klubunun formasını 1970-1977-ci illərdə geyinib. Futbolçu karyerasını bitirdikdən sonra isə “Bayern”in meneceri olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri