18 
Noy
2019
22:30
235
43
11500
Virtual karabakh

Ronaldu “Yuventus”un oyunçularını şam yeməyinə dəvət edib, onlardan üzr istədi

18 Noy, 2019
22:30
11500

Ronaldu “Yuventus”un oyunçularını şam yeməyinə dəvət edib, onlardan üzr istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldu A Seriyasında “Milan”la matçda yaşananlara görə üzrxahlıq etmək üçün öz komanda yoldaşlarını şam yeməyinə dəvət edib.

“La Repubblica”nın məlumatına görə, o, “Atalanta” ilə oyun öncəsi komanda yoldaşlarından şəxsən üzr istəmək qərarına gəlib.

Xatırladaq ki, İtaliya çempionatının 12-ci turunda “Milan”la qarşılaşmada əvəzlənən Ronaldu buna etiraz olaraq oyun bitməmiş dərhal stadionu tərk edərək soyunub-geyinmə otağına yollanmışdı. İtaliyada onun bu hərəkəti mütəxəssislər tərəfindən xoş qarşılanmayıb.

Bundan sonra komanda yoldaşları Ronaldudan üzr istəməsini tələb ediblər.

Qeyd edək ki, həmin matçda Ronaldunu əvəzləyən Dibala qol vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri