19 
Noy
2019
04:36
661
15
7857
Virtual karabakh

İtaliya Ermənistanı darmadağın etdi – 9:1 – VİDEO

19 Noy, 2019
04:36
7857

İtaliya Ermənistanı darmadağın etdi – 9:1 – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2020-nin seçmə mərhələsinin son turunda “J” qrupunda İtaliya millisi Ermənistan yığmasını qəbul edib.

Oxu.Az xəbər verir ki, Palermoda keçirilən görüşdə “skudra adzurra” erməniləri 9:1 hesabı ilə darmadağın edib.

Ev sahiblərinin heyətində İmmobile və Dzanyolo dubl ediblər, Barella, Romanoli, Jorjinyo, Orsolini və Federiko Kieza hərəyə bir dəfə fərqləniblər.

Son dəfə İtaliya millisi 71 il əvvəl rəqib qapısına 9 top vura bilib: bunu italyanlar 1948-ci ildə London Olimpiadasında ABŞ yığması ilə görüşdə ediblər (9:0).

Roberto Mançininin yetirmələri ardıcıl 10 qələbə ilə AVRO-2020-nin seçmə mərhələsində 100 faizlik nəticəyə imza atıblar, qol sayları isə 37:4 olub.  

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri