20 
Noy
2019
01:36
85
244
7860
Virtual karabakh

Millimiz seçmə mərhələni məğlubiyyətlə başa vurdu - YENİLƏNİB

20 Noy, 2019
01:36
7860

Millimiz seçmə mərhələni məğlubiyyətlə başa vurdu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində baş tutan Slovakiya - Azərbaycan görüşü başa çatıb. 

Oxu.Az xəbər verir ki, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qrupdakı sonuncu oyununu keçirən yığmamız bu nəticə ilə mərhələni bir xalla sonuncu pillədə başa vurub.  

01:28

Slovakiya - Azərbaycan oyununda hesab dəyişib.

Oxu.Az xəbər verir ki, meydan sahibləri ikinci qolu vurublar.

Marek Hamşik 86-cı dəqiqədə fərqi artırıb.

00:11

Slovakiya - Azərbaycan oyununda hesab açılıb.

Oxu.Az xəbər verir ki, görüşün 19-cu dəqiqəsində meydan sahibləri hesabı açıblar.

Robert Bozenik komandasını hesabda önə çıxarıb.

23:53

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Slovakiya ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, oyun başlayıb. 

22:49

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. 

Oxu.Az xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda çıxış edən yığmamız Slovakiya ilə qarşılaşacaq. 

Oyundan öncə komandaların start heyətləri açıqlanıb.  

Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar. 

Qeyd edək ki, Trnavadakı matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

AVRO-2020-nin seçmə mərhələsi 

X tur 

19 noyabr 

E qrupu 

23:45. Slovakiya – Azərbaycan 

Slovakiya: 1. Martin Dubravka, 2. Peter Pekarik, 9. Robert Bojeník, 14. Milan Şkrinyar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19, Yuray Kuçka, 22. Stanislav Lobotka, 7. Lukaş Haraslin, 11. Matuş Bero, 15. Norbert Qyomber 

Ehtiyat oyunçular: 12. Marek Rodak, 23. Dominik Holek, 5. Lyubomir Şatka, 4. Martin Valyent, 6. Yan Qrequş, 8. Andrey Duda, 13. Patrik Qroşovski, 20. Nikolas Şpalek, 18. Samuel Mraz, 21. Mixal Duriş, 10. Albert Ruşnak, 3. Denis Vavro, 

Baş məşqçi: Pavel Hapal 

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar  Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Vüsal İsgəndərli, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 16. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 22. Cavid Hüseynov 

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Mehdi Cənnətov, 8. Emin Mahmudov, 10. Ağabala Ramazanov, 15. Şəhriyar Əliyev, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 20. Riçard Almeyda, 21. Pavel Paşayev, 5. Elvin Camalov 

Baş məşqçi: Nikola Yurçeviç

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri