20 
Noy
2019
13:34
31
72
3872
Virtual karabakh

“Bakı”nın sabiq futbolçusu həbs olundu: Narkotik dövriyyəsinə rəhbərlik edirmiş

20 Noy, 2019
13:34
3872

“Bakı”nın sabiq futbolçusu həbs olundu: Narkotik dövriyyəsinə rəhbərlik edirmiş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı” klubunun sabiq futbolçusu Serxio Kontreras Pardo həbs olunub.

Oxu.Az xəbər verir ki, İspaniyanın cənubunda yerləşən Malaqa, Qranada və Sevilya şəhərlərində aparılan polis reydlərindən sonra 20 nəfər tutulub. 

Polisin sözlərinə görə, onlardan təxminən bir ton xaşxaş və 700 min avro müsadirə edilib. Reyd zamanı tüfəng və əl silahları olmaqla müxtəlif silahlar, həmçinin, sənədləşmə işləri aşkar olunub. 

36 yaşlı keçmiş futbolçu da tutulanlar arasında olub. Bir mənbənin AFP-yə dediyinə görə, o, narkotik dövriyyəsini həyata keçirən təşkilata rəhbərlik edirmiş.

Bu əməliyyat isə “MasKoke” adı ilə həyata keçirilib. Səbəb isə ispaniyalı futbolçunun “Koke” ləqəbi ilə tanınmasıdır.

Qeyd edək ki, üç il əvvəl futbolçu karyerasını bitirmiş Koke 2012-ci ilin fevralından Hafiz Məmmədova məxsus “Bakı” klubunda çıxış etməyə başlayıb. Hücumçu olan futbolçu 15 matçda dörd qol vurub və “Xəzər Lənkəran”la qalmaqallı Azərbaycan Kubokunun final matçının iştirakçısı olub. Yayda futbolçu məhsuldarlığının azlığı səbəbindən komandadan ayrılıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri