21 
Noy
2019
11:20
79
29
2922
Virtual karabakh

Mourinyu: Sizə əsl ehtiras söz verirəm

21 Noy, 2019
11:20
2922

Mourinyu: Sizə əsl ehtiras söz verirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün İngiltərənin “Tottenhem” klubu ilə müqavilə imzalayan Joze Mourinyu yeni klubunda ilk müsahibəsini verib.

Oxu.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis xoşbəxt olduğunu, səbirsizliklə ilk sınaqlarını gözlədiyini açıqlayıb:

“Mən nə söz verə bilərəm? Əsl ehtiras. İşimə və klubuma olan ehtiras. Mən öz karyeramı belə qurmuşam. Çalışacağam ki, bu klubun pərəstişkarları xoşbəxt olsunlar. Həyəcan? O, hər zaman var. Lakin hər hansı kluba gələrək öz işini sıfırdan başlayan menecer üçün bu çox gözəldir.

İlk öncə oyunçuların keyfiyyətlərini qiymətləndirmək lazımdır. Daha sonra futbolçularla öz ideyalarımın təmas nöqtələrini tapmalıyıq. Məhz belə etmək istəyirəm və hər zaman da belə etmişəm”. 

Joze Mourinyu klubun son illər əldə etdiyi nəticələrə də toxunub: 

“Burada yaxşı oyunçular və oyun üslubu var. Mən bu klubun rəqibi olanda da ona hər zaman hörmət etmişəm”. 

Yeni baş məşqçi “Tottenhem”in ev oyunlarını keçirdiyi meydançanı dünyanın ən yaxşılarından olduğunu bildirib.  

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri