21 
Noy
2019
14:44
55
23
1319
Virtual karabakh

Qadın millimiz buz sarayında güləşəcək

21 Noy, 2019
14:44
1319

Qadın millimiz buz sarayında güləşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna start veriləcək.

Oxu.Az xəbər verir ki, iki gün davam edəcək turnirdə Rusiya, Azərbaycan və Qırğızıstanın qadın güləşçiləri mübarizə aparacaq. 

Ölkəmizi yarışda məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında Şəhanə Nəzərova (-50 kq), Birgül Soltanova (-57 kq), Alyona Kolesnik (-59 kq), Tatyana Omelçenko, Jalə Əliyeva (hər ikisi -62 kq), Elis Manolova (-65 kq), İrina Netreba (-68 kq) və Səbirə Əliyeva (-76 kq) təmsil edəcək.

Proqrama əsasən, sabah bütün çəkilərdə finalçılar müəyyənləşəcək. Təsəlliverici və medallar uğrunda qarşılaşmalar isə noyabrın 23-də keçiriləcək.

Qeyd edək ki, altıncı dəfə Çuvaşiyanın paytaxtı Çeboksarıda keçirilən açıq Rusiya Kuboku bu muxtar respublikanın prezidenti Mixail İqnatyevin şərəfinə keçirilir. Görüşlər “Çeboksarı Arena” adlanan buz sarayında baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri