21 
Noy
2019
16:33
132
24
4060
Virtual karabakh

İbrahimoviç yenidən Mourinyu ilə eyni komandada ola bilər

21 Noy, 2019
16:33
4060

İbrahimoviç yenidən Mourinyu ilə eyni komandada ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçli futbolçu Zlatan İbrahimoviç İngiltərənin “Tottenhem” klubunda çıxış edə bilər.

Oxu.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, London klubu tərəfindən təcrübəli hücumçuya müqavilə bağlamaq təklif olunub.

Halbuki İbrahimoviçin meneceri Rayo Manolanın İtaliyanın “Milan” klubu ilə danışıqlara başladığı artıq hamıya bəllidir.

Qeyd edək ki, “Totenhem”in yeni baş məşqçisi Juze Mourinyu Zlatan İbrahimoviçlə əvvəl bir komandada olub. Portuqaliyalı məşqçi “Mançester Yunayted”i çalışdırarkən İbrahimoviç bu klubda çıxış edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri