22 
Noy
2019
06:17
59
27
3527
Virtual karabakh

Balotelli yenə “fərqləndi”: futbolçunu məşqdən qovdular

22 Noy, 2019
06:17
3527

Balotelli yenə “fərqləndi”: futbolçunu məşqdən qovdular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Breşiya” klubunun və İtaliya millisinin keçmiş futbolçusu Mario Balotelli komandasının məşqini vaxtından əvvəl başa vurmalı olub.

“La Gazzetta dello Sport” xəbər verir ki, “Breşiya”nın baş məşqçisi Fabio Qrosso 29 yaşlı hücumçunu hazırlıq prosesindən kənarlaşdırıb. Buna səbəb Balotellinin tam gücü ilə məşq etməməsi olub.

Paltardəyişmə otağına yollanan oyunçu oradan klubun bazasını tərk edib.

“Breşiya”nın mətbuat xidməti isə hadisənin mahiyyətini azaltmağa çalışaraq bildirib ki, təcrübəli forvard ikitərəfli oyunda əvəzləndikdən sonra məşqdən ayrılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri