22 
Noy
2019
16:58
51
23
2792
Virtual karabakh

Milli Paralimpiya Komitəsinin loqosu dəyişdirildi - FOTO/VİDEO

22 Noy, 2019
16:58
2792

Milli Paralimpiya Komitəsinin loqosu dəyişdirildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Paralimpiya Komitəsinin yeni loqosu ictimaiyyətə təqdim edilib. 

Oxu.Az xəbər verir ki, komitənin prezidenti İlqar Rəhimov bu gün keçirilən tədbirdə yeni loqo haqqında məlumat verib. 

O qeyd edib ki, “Yenilməzlər” beynəlxalq qala təqdimat üçün hazırlanan loqotip bundan sonra komitənin loqotipi olacaq. Komitə prezidenti loqotipin məna çalarlarından da söz açıb.

“Loqotip ilkin baxışdan sadə görünür. Lakin sadə olduğu qədər mürəkkəb və böyük mənaları özündə daşıyan bu loqotip paralimpiyanın ruhunu əks etdirir”, - deyə o əlavə edib.

Komitə prezidentinin sözlərinə görə, loqotipin mərkəzindən yüksələn məşəl qalibiyyəti və qələbə ruhunu özündə əks etdirir. Alovun dilləri Azərbaycan bayrağının rənglərinə boyanıb. Aşağı hissəsində isə Beynəlxalq Paralimpiya Komitəsinin “Hərəkətdə olan ruh” simvoludur.

Loqotipin ikinci hissəsi zəfəri, qələbəni, uğuru və dinamik həyatı özündə əks etdirən ürək formasında həyat simvoludur. Üçüncü hissədə isə əlil arabasında hərəkət edən paralimpiyaçı uğurlu gələcək simvoludur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri