22 
Noy
2019
17:28
64
21
4968
Virtual karabakh

Meydan sahibi Rusiya Avro-2020-də Danimarka ilə görüşü səfərdə keçirəcək

22 Noy, 2019
17:28
4968

Meydan sahibi Rusiya Avro-2020-də Danimarka ilə görüşü səfərdə keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Avro-2020-nin pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, öncə Millətlər Liqası vasitəsilə Avro-2020-yə çıxmaq istəyən dörd yığmanın pley-off-da yolu və rəqibi bilinib.

İsrail millisi C yoluna düşüb. Digər üç komanda – Macarıstan, Rumıniya və Bolqarıstan A yolunda mübarizə aparacaq. Ardınca hansı cütlərin finalda ev sahibi olacağı müəyyənləşib.

Xatırladaq ki, pley-off-un yarımfinalları gələn il martın 26-da, finallar 31-də keçiriləcək.

D yolu
Yarımfinal
1. Gürcüstan – Belarus
2. Şimali Makedoniya - Kosovo
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi

C yolu
Yarımfinal
1. Şotlandiya – İsrail 
2. Norveç – Serbiya
Final
2-ci cütün qalibi – 1-ci cütün qalibi

B yolu
Yarımfinal
1. Bosniya və Herseqovina – Şimali İrlandiya
2. Slovakiya – İrlandiya
Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi

A yolu
Yarımmfinal 
1. İslandiya – Rumıniya
2. Bolqarıstan – Macarıstan
Final
2-ci cütün qalibi – 1-ci cütün qalibi

Bundan başqa, Avro-2020-yə vəsiqə qazanmış iki komanda arasında püşk atılıb. Danimarka və Rusiya milliləri qitə çempionatının ev sahibləri kimi B qrupunda mübarizə aparacaq. Ancaq onların bir-birləri ilə oyunu harda keçirəcəyi bilinmirdi.

Püşkə əsasən, B qrupunda baş tutacaq qarşılaşma Sankt-Peterburqda yox, Danimarkanın paytaxtı Kopenhagendə təşkil olunacaq.

Beləliklə, Danimarka qrupdakı hər üç oyunu evdə keçirəcək. Rusiya isə digər iki matçı Sankt-Peterburqda oynayacaq. Bu qrupda üçüncü komanda birinci səbətdən çıxan Belçikadır. Noyabrın 30-dakı püşkatma zamanı dördüncü komandanın adına aydınlıq gələcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri