25 
Noy
2019
10:43
84
16
3024
Virtual karabakh

“Sevilya” “Qarabağ”la oyun öncəsi təcrübəli futbolçusunu itirdi

25 Noy, 2019
10:43
3024

“Sevilya” “Qarabağ”la oyun öncəsi təcrübəli futbolçusunu itirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Sevilya” klubu ciddi itki ilə üzləşib. 

Oxu.Az xəbər verir ki, Əndəlüs təmsilçisi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunöncəsi kapitanı Xesus Navası itirib. 

Komandanın 34 yaşlı futbolçusunun La Liqanın XVI turunun “Valyadolid”lə (1:0) matçında zədələndiyi bildirilir. Sol ayağında ağrılar hiss edən “Mançester Siti”nin sabiq futbolçusu  görüşün 89-cu dəqiqəsində serbiyalı futbolçu Nemanya Qudellə əvəzlənib. Onun durumuna bu gün aydınlıq gələcək. 

Qeyd edək ki, “Sevilya” – “Qarabağ” qarşılaşması noyabrın 28-də baş tutacaq. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri