27 
Noy
2019
14:10
13
108
3372
Virtual karabakh

Əmrə Mor “uğursuz statistika”ya son qoya bilmədi

27 Noy, 2019
14:10
3372

Əmrə Mor “uğursuz statistika”ya son qoya bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulun “Qalatasaray” klubunun futbolçusu Əmrə Mor “uğursuz statistika” ilə yadda qalıb.

“Hürriyət” xəbər verir ki, gənc ulduzun meydana çıxdığı mühüm qarışılaşmalarda komandası bir neçə dəqiqə sonra qapısından top buraxıb.

Ötən gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Brügge” ilə qarşılaşmada da oyunçunun “uğursuz statistika”sı davam edib. Belə ki, “Qalatasaray” Morun Yunes Belhandanın yerinə oyuna daxil olmasından bir neçə dəqiqə sonra qapısında qol görüb.

Əmrə “Beşiktaş”la qarşılaşmanın 68-ci dəqiqəsində oyuna daxil olub və Umut Nayır 69-cu dəqiqədə “Beşiktaş”ı önə keçirən qolu vurub.

Bununla yanaşı, Əmrə Morun 74-cü dəqiqədə oyuna girdiyi “Başakşehir” qarşılaşmasında da “Qalatasaray” 79-cu dəqiqədə qol buraxıb. Son iki ilin Türkiyə çempionu hər iki qarşılaşmanı minimal hesabla məğlub olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri