27 
Noy
2019
22:19
162
92
4869
Virtual karabakh

Qurban Qurbanov: Az səhv etsək, istədiyimizə nail ola bilərik

27 Noy, 2019
22:19
4869

Qurban Qurbanov: Az səhv etsək, istədiyimizə nail ola bilərik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib pley-offa vəsiqəni təmin edib. Bizim üçün hər bir matç önəmli olub. Xüsusilə də böyük komandalara qarşı öz oyunumuzu yaxşılaşdırmağa çalışırıq”. 

“Report”un İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya” ilə oyun haqda danışarkən deyib. 

47 yaşlı mütəxəssis matçın keçiriləcəyi Xunan Sançes Pisxuan stadionunda baş tutan mətbuat konfransında bildirib ki, “Sevilya” və “Atletiko” fərqli komandalardır:  

“İki il əvvəl “Atletiko” ilə səfərdə heç-heçə etmişdik. Amma hər iki komanda fərqli tərzdə oynayır. İstənilən halda yaxşı çıxış etməyə çalışacağıq. Maksim Medvedevin durumu yaxşıdır. Onun meydana çıxmaq ehtimalı böyükdür. “Sevilya” növbəti mərhələyə yüksəlmək haqda düşünməyən az saylı komandalardan biridir. Buna Bakıdakı oyunda da şahid olduq. Baş məşqçi və futbolçularının fikirlərindən də görünür ki, hücum futbolu nümayiş etdirmək istəyirlər. Rəqib dinamik futbol tərəfdarıdır”. 

Qurbanov öz oyun üslublarına sadiq qalmağa çalışacaqlarını vurğulayıb: “Bizim öz oyun üslubumuz var, bundan əl çəkməməyə çalışırıq. Bəzən rəqiblər, durum fərqlidir. “Sevilya”ya boşluqlar verməməliyik. Sabah da az səhv etsək, istədiyimizə nail ola bilərik. 

Həqiqəti deməli, reallığa baxmalıyıq - “Sevilya” istənilən rəqibə qarşı dominantlıq etmək istəyir. Bəzən öz futbolunu nümayiş etdirə bilmirsən, məcburən müdafiəyə çəkilirsən. Sabah intizamlı oyun göstərməyə çalışacağıq. Məni hər zaman bəzi futbolçuların optimal formadan uzaq olmaları narahat edir. Bu gün bu barədə düşünmürəm. Tam hazır olan oyunçuları meydana buraxacağıq”. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri