28 
Noy
2019
02:03
72
16
5909
Virtual karabakh

Çempionlar Liqasında günün nəticələri

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin V turuna yekun vurulub.  

Oxu.Az saytının məlumatına görə, ikinci oyun günündə daha 4 qrupda 8 oyun baş tutub. 

Bu dəfə E, F, G və H qruplarında yer alan komandalar meydana çıxıb. 

Maraqlıdır ki, qruplardakı liderlər üz-üzə gəlib. Belə ki, E qrupunda “Liverpul” öz meydanında “Napoli”ni sınağa çəkib. Bu qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.  

F qrupunun birincisi “Barselona” isə ən yaxın izləyicisi “Borussiya”nı qəbul edib və inamlı qələbəyə sevinib – 3:1. 

H qrupunda isə “Valensiya” ilə “Çelsi” arasında matça maraq böyük idi. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib - 2:2. 

Çempionlar Liqası 

Qrup mərhələsi, V tur 

27 noyabr 

E qrupu 

“Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya) 1:1 

Qollar: Lovren, 65 – Mertens, 21. 

“Genk” (Belçika) - “Zalsburq” (Avstriya) 1:4 

Qollar: Samata, 85 – Daka, 43. Minamino, 45. Çan, 69. Haaland 87. 

F qrupu 

“Barselona” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) 3:1 

Qollar: L.Suares, 29. Messi, 33. Qrizmann, 67 – Sanço, 77. 

“Slaviya” (Çexiya) – “İnter” (İtaliya) 1:3 

Qollar: Souçek, 37-pen – Martines, 19; 88. Lukaku, 81.  

G qrupu 

“Zenit” (Rusiya) - “Lion” (Fransa) 2:0 

Qollar: Dzyuba, 42. Ozdoyev, 84. 

“Leypsiq” (Almaniya) – “Benfika” (Portuqaliya) 2:2 

Qollar: Forsberq, 89-pen; 90+6 – Pitsi, 20. Vinisius, 59.  

H qrupu 

“Valensiya” (İspaniya) - “Çelsi” (İngiltərə) 2:2 

Qollar: Soler, 40. Vass, 82 – Kovaçiç, 41. Pulişiç, 50. 

“Lill” (Fransa) – “Ayaks” (Hollandiya) 0:2 

Qollar: Ziyex, 2. Promes, 59. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri