28 
Noy
2019
11:56
121
137
6220
Virtual karabakh

İbrahimoviçin heykəlinə unitaz qapağı keçirildi və yandırıldı - FOTO/VİDEO

28 Noy, 2019
11:56
6220

İbrahimoviçin heykəlinə unitaz qapağı keçirildi və yandırıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zlatan İbrahimoviçin ötən ayın əvvəlində İsveçin Malmö şəhərində ucaldılmış heykəli yandırılıb.

Oxu.Az xəbər verir ki, bunu “Malmö” klubunun bir qrup azarkeşi edib.

İbrahimoviçin ölkəsində “Hamarbü” klubunun səhmlərinin bir hissəsini aldığını açıqlaması “Malmö” azarkeşlərinin xoşuna gəlməyib. Onlar doğulduğu şəhərin Malmö olmasına və oynadığı ilk peşəkar komandanın da buranı təmsil etməsinə baxmayaraq, İbrahimoviçin rəqiblərinə yardım etməsini məşhur hücumçuya bağışlamayıblar.

Əvvəl heykəlin başına “Malmö”nün rəngini əks etdirən torba və qol hissəsinə unitaz qapağı keçirilib.

Axşam isə heykəl yandırılıb. Maskalı şəxslər Stadiontorqet Meydanındakı heykəli ağ spreylə rəngləyib və onun alt hissəinə şiddət və hədə dolu yazılar yazıblar.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri