29 
Noy
2019
01:48
199
139
10533
Virtual karabakh

“Qarabağ” “Sevilya”ya uduzdu - YENİLƏNİB

29 Noy, 2019
01:48
10533

“Qarabağ” “Sevilya”ya uduzdu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sevilya” oyuna əlavə olunmuş ikinci dəqiqədə hesab arasındakı fərqi artırıb. İsrailli Munas Dabbur ikinci qolu “Qarabağ”ın qapısından keçirib. 

Bununla da oyun 2:0 “Sevilya”nın qələbəsi ilə başa çatıb. 

1:15

61-ci dəqiqədə “Sevilya”nın futbolçusu Brayan Xil hesabı açdı - 1:0.

00:50

Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində baş tutan “Sevilya” - “Qarabağ” matçının ilk hissəsi yekunlaşıb. Hələlik oyunda qol vurulmayıb - 0:0. 

00:01

UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Sevilya” - “Qarabağ” matçı başlayıb. 

Matç Sevilyanın “Ramon Sançes Pisxuan” stadionunda keçirilir. 

22:52

UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində “Sevilya” - “Qarabağ” klubları arasında noyabrın 28-də İspaniyada keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”ın  heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rahil Məmmədov, Abbas Hüseynov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Zubir və Xayme Romeo yer alıblar.

“Sevilya”nın heyətində isə meydana Bunu, Poso, Serxio Qomes, Daniel Karrisu, Eskudero, Roni Lopeş, Qudel, Oliver Torres, Munir, Dabbur və Ernandes çıxacaqlar.

Qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Məhəmməd Əl-Hakimidir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri