29 
Noy
2019
10:43
35
66
2453
Virtual karabakh

“Sevilya”nın baş məşqçisi: “Qarabağ”ın oyuna beş müdafiəçi ilə başlamasına təəccübləndik

29 Noy, 2019
10:43
2453

“Sevilya”nın baş məşqçisi: “Qarabağ”ın oyuna beş müdafiəçi ilə başlamasına təəccübləndik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biz “Qarabağ”ın oyuna beş müdafiəçi ilə başlamasına təəccübləndik. Rəqibdən hücum futbolu gözləyirdik. Bununla belə, oyunu oxudular və müdafiədə az səhvə yol verdilər. Ancaq hücum şansları da az oldu.

Oxu.Az xəbər verir ki, bunu “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi deyib.

İspaniyalı mütəxəssis Bakıda 3:0 və Sevilyada 2:0 qalib gəldikləri “Qarabağ”ın növbəti mərhələyə layiq olduğunu söyləyib:

“Qarabağ” neçə ildir Avropada oynayır. Çempionlar Liqasında yaxşı oyunlar gösətərib, mən “Atletiko” ilə matçları xatırlayıram (Çempionlar Liqası çərçivəsində baş tutmuş hər iki görüş 1:1 hesabı ilə başa çatmışdı). Bu komanda öz çempionatlarında hamıdan iki baş üstündür. Ona görə də Avropada inamlı çıxış edir. “Qarabağ” qrupdan çıxmağa layiq idi.

İkinci hissə böyük üstünlük bizdə idi. Buna görə ədalətli qələbə qazandıq”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri