29 
Noy
2019
14:11
56
18
2792
Virtual karabakh

Daha səkkiz komanda Avropa Liqasının “pley-off”una vəsiqə qazanıb

29 Noy, 2019
14:11
2792

Daha səkkiz komanda Avropa Liqasının “pley-off”una vəsiqə qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının pley-off mərhələsinə çıxan komandaların sayı 13-ə çatıb.

Oxu.Az xəbər verir ki, daha səkkiz komanda adını bu turnirin 1/16 final mərhələsinə yazdırıb.

Bunlar APOEL (Kipr), “Sportinq”, “Braqa” (hər ikisi Portuqaliya), LASK (Avstriya), “Gent” (Belçika), “Volfsburq” (Almaniya), “Vulverhempton” (İngiltərə) və “Alkmaar” (Hollandiya) klublarıdır.

Qeyd edək ki, daha əvvəl “Sevilya”, “Espanyol” (hər ikisi İspaniya), “Bazel” (İsveçrə), “Seltik” (Şotlandiya) və “Mançester Yunaytid” (İngiltərə) bu mərhələyə vəsiqə qazanmışdı.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri