29 
Noy
2019
17:27
522
51
4442
Virtual karabakh

Eduard Məmmədov bir ildə ikinci dəfə dünya çempionu oldu - FOTO/VİDEO

29 Noy, 2019
17:27
4442

Eduard Məmmədov bir ildə ikinci dəfə dünya çempionu oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya şəhərində WAKO (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) tərəfindən keçirilən dünya çempionatında Eduard Məmmədov növbəti dəfə hamıdan güclü olub.

Oxu.Az-ın xəbərinə görə, tanınmış idmançımız (-63 kq) veteranlar arasında yarışda üç görüş keçirərək növbəti dünya çempionluğunu qazanıb.

O, əvvəlcə danimarkalı Yan Larseni, daha sonra argentinalı Federiko İqnasionu vaxtından erkən qazandığı qələbələrlə məğlub edib. Finalda isə idmançımız WAKO üzrə dünya çempionatının yeddiqat qalibi olmuş italiyalı Campaolo Spanuya 3:0 qalib gəlib. Bununla da Eduard WAKO-da 5-ci, ümumilikdə isə 25-ci dünya çempionluğunu qazanıb.

Qeyd edək ki, Eduard Məmmədov ötən ay Bosniya və Herseqovinada keçirilmiş dünya çempionatında da qızıl medal qazanmışdı. O, Sarayevodakı dünya çempionatının finalında da məhz bu rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.

Onu da bildirək ki, bu dünya çempionatında Azərbaycan 10 idmançı ilə təmsil olunur. Dekabrın 1-də başa çatacaq dünya çempionatında Azərbaycan daha üç bürünc medal medal qazanıb. Bunlar Ruslan Musayev, Həsən Hüseynov və Qəşəm Məmmədovdur. Daha bir idmançımız Camal Məmmədov isə sabah final görüşünə çıxacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri