30 
Noy
2019
13:42
335
53
9366
Virtual karabakh

Bəxtiyar Abbasovdan öz ad gününə qələbə hədiyyəsi - FOTO/VİDEO

30 Noy, 2019
13:42
9366

Bəxtiyar Abbasovdan öz ad gününə qələbə hədiyyəsi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb. 

Oxu.Az xəbər verir ki, bu gün 34 yaşını qeyd edən idmançımız “UAE Warriors 9” turniri çərçivəsində uğur əldə etməklə özü-özünə ad günü təbriki edib. 

Belə ki, o, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib.

Orta çəki dərəcəsində çıxış edən Bəxtiyar döyüşü qələbə ilə başa vurub və xal hesabı ilə qalib elan edilib. Yeri gəlmişkən, bu görüşü izləyənlər arasında məşhur MMA döyüşçüsü Həbib Nurməhəmmədov da olub. Bəxtiyar qələbəsindən sonra çıxış nitqi üçün söz alarkən dağıstanlı idmançını rus dilində salamlayıb.

“Mubadala Arena”dakı döyüş Bəxtiyar Abbasovun peşəkar karyerasında keçirdiyi 23-cü qarşılaşma olub. O, özünün ümumilikdə 18-ci, ardıcıl dördüncü qələbəsini bayram edib. Maraqlıdır ki, onun rəqibi İqor Litaşik də 23-cü görüşünü keçirib. O, doqquzuncu məğlubiyyətini alıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri