Dek
2019
00:20
59
212
6653
Virtual karabakh

Rusiyalı Olimpiya çempionu geyiminə görə 4 ay oyunlardan uzaq qalacaq

2 Dek, 2019
00:20
6653

Rusiyalı Olimpiya çempionu geyiminə görə 4 ay oyunlardan uzaq qalacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərbəst güləş üzrə Olimpiya çempionu, rusiyalı döyüşçü Əbdülrəşid Sadulayev oyunlardan 4 aylıq diskvalifikasiya edilib. Bu barədə TASS güləş yığmasının baş məşqçisi Dzambolat Tedeyeva istinadən xəbər verir.

Sadulayev sentyabr ayında Dünya çempionatında yaşanmış bir epizoda görə cəzalandırılıb. Belə ki, dördüncü dəfə Dünya Çempionatının qızıl medalını qazanan idmançı mükafatlandırma mərasiminə üzərində Şeyx Şamilin əksi olan geyimlə çıxıb. Lakin Birləşmiş Güləş Dünyasının (UWW) qaydalarına görə, mükafatlandırma mərasiminə yalnız ölkənin milli komnadasının işarələri olan geyimdə çıxmaq olar.

Qeyd edək ki, Sadulayev 2016-cı ildə Olimpiya çempionu adını qazanıb. Bundan də dünya çempionluqlarından başqa, onun aktivində 4 Avropa birinciliyi də var.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri