Dek
2019
12:04
79
24
1739
Virtual karabakh

Eduard Məmmədovdan başqa hansı azərbaycanlılar dünya çempionatında medal qazandı?

2 Dek, 2019
12:04
1739

Eduard Məmmədovdan başqa hansı azərbaycanlılar dünya çempionatında medal qazandı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya şəhərində WAKO (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) tərəfindən keçirilən dünya çempionatında Azərbaycan idmançılarının sonuncu medalının əyarı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Camal Məmmədov finalda uduzaraq gümüş medala razı olub.

Beləliklə, baş məşqçi Elşən Abdulrəhimovun rəhbərliyi altında 10 idmançı ilə yarışa qatılan komandamız beş medal qazanıb. Camal Məmmədov gümüş, Qəşəm Məmmədov və Ruslan Musayev bürünc medal əldə edib. Veteranlar arasında yarışda isə Eduard Məmmədov qızıl və Həsən Hüseynov bürünc medal qazanıb.

Qeyd edək ki, komandamız yarışa 12 idmançı ilə qatılmalı olsa da, iki idmançımız mübarizə apara bilməyib.

Belə ki, onlardan biri ciyərində problemə görə, digəri artıq çəkiyə görə mübarizəyə qatılmayıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri