Dek
2019
15:37
37
155
3440
Virtual karabakh

Bakı Şəhər Halqası yeni strategiyaya keçdi - FOTO

3 Dek, 2019
15:37
3440

Bakı Şəhər Halqası yeni strategiyaya keçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku City Circuit (Bakı Şəhər Halqası) Əməliyyat Şirkəti “Yaşıl Strategiya”ya keçib.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin Kommunikasiya və Marketinq Departamentinin rəhbəri Nigar Arpadarai deyib.

Yeni strategiyaya əsasən, ekoloji məsələlərə həssaslıqla yanaşılacaq. Bu ildən etibarən “Formula-1” yarışı zamanı plastik əşyalardan istifadə azaldılacaq.

Şirkətin özünün ofisindəki tullantılar isə çeşidlənərək Bakı Autizm Mərkəzinə veriləcək. Autizm Mərkəzi həmin tullantıları müvafiq quruma müəyyən pul müqabilində satacaq. Oradan əldə olunan vəsait autizmli gənclərin reabilitasiyasına xərclənəcək.

Şirkətin daxilində öz işçilərindən ibarət “Yaşıl Komitə” qurulub. Bu komitədə şirkətin bütün işçiləri təmsil olunur. Sözügedən komitə “Yaşıl Strategiya” ilə əlaqədar bütün ekoloji layihələrin və kampaniyaların şirkət daxilində həyata keçirilməsini təmin edəcək. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri